@azxeber

Azxeber Media

Unknown

Instagram posts and videos uploaded by azxeber

azxeber

class="content__text" "Yaxın zamanlarda müəllimlərin işə qəbulu imtahanlarının tarixləri barədə məlumat veriləcək”. AZXEBER.COM xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib. O qeyd edib ki, bu il üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsində müəyyən dəyişikliklər edilib: "Əvvəl MİQ imtahanı üçün sadəcə proqram hazırlanırdı və mövzularda fənnlər üzrə proqramlara əsaslanırdı. Çərçivə sənədindəki mövzular dərsliklərə əsaslanır. Bu il üçün çərçivə sənədində ədəbiyyatla bağlı əsərlərin tam versiyasını oxumaq tələbi qoyulub. Sənəddə 19 çərçivə müəyyənləşib”. İnstitut rəsmisi əlavə edib ki, sualların çətin olması tək ibtidai təhsil səviyyəsində deyil bütün səviyyə üçün keçərlidir: "Hər bir qiymətləndirmə özünə uyğun çərçivədə çətinlik dərəcəsi də fərqlidir. MİQ imtahanının çətin olması rəqabətliliyin artması üçün önəmlidir”.

February 23, 2023

azxeber

class="content__text" Bakının Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binadan insanların köçürülməsinə başlanılıb. Mayakovski küçəsi 15 ünvanında yerləşən binadan gedir. Belə ki, sakinlərə söküləcək mənzilləri müqabilində kompensasiyalar təklif olunub. Sakinlərə verilən kompensasiya məbləği 2 min AZN-dir. Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən BAKU.WS-ə bildirilib ki, Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanında yerləşən yataqxana tipli yaşayış binası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlukəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun müvafiq aktına əsasən qəzalı vəziyyətdədir. "Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sözügedən yaşayış binasının sakinlərinin köçürülməsi üçün vəsait ayrılıb. Köçürülməsi nəzərdə tutulan sakinlərin mənzillərinin hər kv.m sahəsinə görə 2000 AZN məbləğində birdəfəlik maddi yardım ödənilməsi nəzərdə tutulub", - deyə qurumdan əlavə edilib.

February 23, 2023

azxeber

class="content__text" Bakıda və Abşeron yarımadasında fevralın 24-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağacağı, gecə və səhərin erkən saatlarında Abşeron yarımadasının şimalında qısamüddətli qara keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0°-yə yaxın, gündüz 3°-dək isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti isti, gündüz 3-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq.

February 23, 2023

azxeber

class="content__text" Xəbər vediyimiz kimi, Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra Azərbaycandan qardaş ölkəyə xeyli sayda yardımlar göndərilib. Yardımlar arasında diqqəti çəkən ikinci Qarabağ müharibəsi zamanı, noyabrın 10-da şəhid olan Elgin Abbaslının fotoşəkilinin olduğu bağlamanın təsadüfən zəlzələdən əziyyət çəkən başqa bir şəhid ailəsinə çatdırılması olub. Belə ki, şəhidimizin adından göndərilən bağlama Hakkaridə şəhid olan Cevdet Şişmanın anası Ayşe Şişmana verilib. Qutunun üzərindəki şəkli kəsib götürən ana “Bağlamadakı şəkil mənə bəs etdi, dünyam oldu. Bu şəkli götürüb Cevdətimin yanına qoydum” deməsi böyük marağa səbəb olub. AZXEBER.COM Türkiyəyə yardım bağlaması göndərən şəhid Elgin Abbaslının ailəsi ilə görüşüb və təsadüfən alınan sözügedən hadisə ilə bağlı fikirlərini öyrənib. Şəhidin anası Sevda Cəfərova Türkiyədə baş verən zəlzələ xəbərini eşitdiyi an sarsıldığını, oğlunun şəhid olduğu günü sanki yenidən yaşadığını qeyd edib: “Fevralın 6-sı, səhər durduq və eşitdik ki, Türkiyədə zəlzələ baş verib, binalar uçub, insanlar və körpələr dağıntı altında qalıb. Bu hadisə mənə balamın faciəli xəbərini aldığım gündə yaşadığım hissləri yaşatdı. İnsanların yatdıqları yerdə zəlzələnin baş verməsi, onların dağıntılar altında qalması mənə çox pis təsir etdi. Özümə yer tapa bilmədim, elə bildim balamın xəbəri çıxan vaxtlardı. Fikirləşdim ki, kaş yaxın olub, biz də orda olardıq. Zəlzələdən əziyyət çəkənlər üçün nə edə biləcəyimi düşünürdüm. Oğlum çox mərhəmətli, hamıya canıyanan idi və onun adından nəsə eləmək istədim. Qərara aldım ki, hamısına olmasa da orada olan uşaqların bir neçəsinə isti paltar alıb göndərim ki, canları isinsin. Həmin gün Sumqayıta getdim və bir neçə isti geyim - papaqlar, kurtkalar aldım. Geyimin yanında şirniyyat da qoydum ki, bağlamanı açanda yeməli nələrsə görən uşaqlar sevinsin. Sonra xəbər tutdum ki, bağlamam təsadüfən gedib şəhid anasına çatıb”.

February 23, 2023

azxeber

class="content__text" "WhatsApp” yaxın vaxtlarda yeni özəllik istifadəyə verəcək. AZXEBER.COM xəbər verir ki, dünyanın ən məşhur ani mesajlaşma proqramı olan "WhatsApp” xəbər dünyasına addım atmağa hazırlaşır. Əldə edilən məlumata görə, "WhatsApp” xüsusi xəbər bülleteni funksiyası üzərində işləyir. "WhatsApp”ın 2.23.5.3 kodu ilə Android beta versiyasında olacaq bu xüsusiyyət "Xəbərlər" adında olacaq. Bildiyiniz kimi, "WhatsApp”ın icmalar funksiyası elan qrupları yaratmağa imkan verir. "WhatsApp”ın ən son Android beta versiyasında aşkarlanan "Xəbərlər” adlı xüsusiyyət, İcmalar bölməsinin yeni versiyası olacaq. Xəbər bülleteni funksiyası əlçatan olduqda, xəbər mənbələri "WhatsApp” xəbər bülletenlərini yarada biləcəklər. Bundan əlavə, istifadəçilər sevimli xəbər mənbələrini izləyərək xəbər lentlərini fərdiləşdirmək imkanı əldə edəcəklər.

February 23, 2023

azxeber

class="content__text" Story-dən keçid al, oxu.

February 23, 2023

azxeber

class="content__text" Sabahdan nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən AZXEBER.COM-a verilən məlumata görə, yeni qaydalara əsasən, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir. Eləcə də nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir: Minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına; Yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. Bu qaydada nəzərdə tutulan hal istisna olmaqla, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşələrinə, habelə sürücüdən solda və sağda yerləşən ön qapıların şüşələrinə örtüklərin çəkilməsinə yol verilmir. Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır. Plyonka şüşələrə içəri tərəfdən çəkilməli, jalüz və pərdələr pəncərələrə müvafiq olaraq içərip tərəfdən quraşdırılmalıdır. Bütün sürücülərin diqqətinə çatdırılır ki, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən qaydada məsuliyyətə səbəb olur.

February 23, 2023

azxeber

class="content__text" Azərbaycanda müqəddəs Ramazan ayının daxil olacağı gün məlum olub. AZXEBER.COM Qafqaz Müsəlmanlar İdarəsinin rəsmi saytında qeyd olunan təqvim cədvəlinə istinadən xəbər verir ki, Ramazan ayının hilalı Azərbaycan üfüqündə mart ayının 22-də görünəcək. Ramazanın ilk günü isə mart ayını 23-də olacaq. Aprelin 21, 22-si Ramazan bayramıdır. Qeyd edək ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən nəzərdə tutulan günlər iş günü hesab edilmir.

February 23, 2023

azxeber

class="content__text" Paytaxtın 20 Yanvar dairəsi, "Şamaxinka” adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən və pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik taksiləri üçün Bakı Beynəxalq Avtovağzal Kompleksində ödənişsiz duracaq yeri təşkil edilib. AZXEBER.COM xəbər verir ki, bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. O bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıların vahid mərkəzə cəlb edilməsi, vətəndaş məmnunluğu və təhlükəsizliyi, müxtəlif ərazilərdə tıxacların azaldılması üçün sürücü və sərnişinlərin belə duracaqlardan istifadəsi zəruridir.

February 23, 2023

azxeber

class="content__text" Dumanlı hava ilə bağlı bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a məlumat verilib. Bildirilib ki, fevralın 23-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Qeyd edək ki, fevralın 23-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü və nisbətən rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

February 23, 2023

azxeber

class="content__text" Sürücülər avtomobillərdə tibbi yardım çantalarının xeyrindən çox ziyanı olduğu qənaətindədirlər. Amma deyirlər ki, həmin çantalar olmada avtomobillərini texniki baxışdan keçirmək mümkün olmur. AZXEBER.COM "Xəzər TV"yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qərara əsasən, bu çantaya 20-dən çox adda tibbi ləvazimat və dərman preparatı daxildir. Ancaq sürücülər bu çantanın heç bir işə yaramadığını, dərmanların qısa müddətdə yararsız hala düşdüyünü deyirlər. Həkimlər də tibb çantasının içərisində olan dərman preparatlarının saxlanma şəraitinə görə insana faydasından çox, zərərinin ola biləcəyini deyirlər. Bu çantalarda məhlul halında olan dərmanlar da var ki, onların hər biri xüsusi qaydada saxlanmalıdır. Bu qaydalara əməl olunmadıqda isə həmin dərmanlar öz təsirini itirir. Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyir ki, müasir beynəlxalq təcrübədə və inkişaf etmiş ölkələrdə avtomobildə ilk tibbi yardım qutusunun olmasına dair tələb yoxdur. Bu da avtomobildə dərmanların tərkibi pozulmadan saxlanması üçün müvafiq şəraitin olmaması ilə bağlıdır. Ekspert güman edir ki, növbəti illlərdə Azərbaycanda da müvafiq qanunvericilikdə dəyişiklik ediləcək və avtomobildə tibbi çantaların olmasına dair tələb ləğv olunacaq.

February 23, 2023

azxeber

class="content__text" Tacikistanda 6,8 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri 10,8 min nəfərin yaşadığı Murqaba qəsəbəsindən 66 km cənub-qərbdə yerləşib. Zəlzələnin mərkəzi 20 km dərinlikdə olub. Daha əvvəl zəlzələnin 7,1 bal gücündə olduğu bildirilib. Eyni zamanda, Qazaxıstanın şərqində 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 08:01-də qeydə alınıb. Təbii fəlakətin episentri Almatıdan 424 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

February 23, 2023

Similar accounts

natgeo

284.3m followers

@natgeo
iamcardib

169.3m followers

@iamcardib
ddlovato

157.4m followers

@ddlovato
realmadrid

152.8m followers

@realmadrid
chrisbrownofficial

145.3m followers

@chrisbrownofficial
fcbarcelona

125.6m followers

@fcbarcelona
championsleague

113.4m followers

@championsleague
gal_gadot

109.3m followers

@gal_gadot
sooyaaa__

77.4m followers

@sooyaaa__
premierleague

72.7m followers

@premierleague
theweeknd

71.7m followers

@theweeknd
urvashirautela

70.3m followers

@urvashirautela

Disclaimer

The data provides is not authorized by TikTok. We are not an official partner of TikTok.

Use of materials from the resource is permitted only with a link to our resource.

Copyright © 2024 insiflow.com