@axsamaz

Axşam.az

Azerbaijan

Instagram posts and videos uploaded by axsamaz

axsamaz

"Bəxt üzüyü" filmindəki Sevda obrazı ilə tanınan aktrisa Firəngiz Rəhimbəyova yeni fotolarını bölüşüb. Axşam.az xəbər verir ki, uzun illərdir ABŞ-da yaşayan sənətçi qızı Raisanın ad günü olduğunu vurğulayıb. "Yubileyin mübarək, əziz qızım. Gözəl ailənlə sağlam və xoşbəxt ol. Həyatın bu tort qədər gözəl və şirin olsun" deyə, Rəhimbəyova vurğulayıb. O, qızının 40 yaşı olduğunu qeyd edib.

August 26, 2021

axsamaz

Bir vaxtlar Azərbaycanda məşhur olan bəzi modellər son illərdə gündəmdə yoxdur. Onlar gözəllik yarışmalarının münsifi, ən böyük moda tədbirlərinin siması, podiumların göz oxşayan xanımları idi. Bəs indi həmin xanımlar haradadır? Axşam.az keçmiş modellərlə bağlı araşdırma aparıb. "Miss milenium" gözəli olan Validə Abbasovanın uzun illərdir Azərbaycandan köçdüyü bəllidir. Qızı Kamilla ilə İsveçrədə yaşayan Abbasova indi ona model deyilməsini sevmir. O, özünün "keçmiş model" kimi təqdim olunmasını istəyir. V.Abbasova model kimi podiuma çıxmasa da, moda sahəsindən uzaqlaşmayıb. O, xaricdə bir çox brendlərin tanıtımlarında məsləhətçi kimi çalışır. Eyni zamanda keçmiş modelin Rusiyada bəzi mülkləri var. Onları qardaşı ilə birlikdə kirayə verən V.Abbasova özünü iş xanımı kimi görmədiyini söyləyib. 1990-cı illərin sonu, 2000-ci illərin məşhur modeli olan Züleyxa Akçurina da son illər bu sahədən uzaqlaşıb. O, ailə həyatı qurub, Ester və Zaxar adlı iki övladı var.

August 26, 2021

axsamaz

"Məni o qədər səviyyəsiz, kasıb bilirsiniz ki, elə bir şeylə arıqlayım? Bunu deyəni məhkəməyə verib, hər şeyini alaram. İstədiyim təzminatı ala bilərəm. Qandan analiz verib, yoxlamaq asandı. Ağzınıza gələni danışmayın. İllərdir idman edirəm, bunu görmürsünüz? Yeyib-içdiyimə fikir verirəm. Şirniyyatı qida rasionumdam çıxarmışam. Dilinizə indi də təzə söz düşüb - patı. yalandan şər atıb, tənqid edilib, özünüzə niyə belə neqatib götürürsünüz?". Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayımda deyib. İzləyicilərdən birinin yazdığı "Patı ilə arıqlayır" sözünə əsəbiləşən sənətçi ona sərt sözlər deyib. Pərvin sosial şəbəkədə kişilərin xanımların ünvanına təhqir yazmasından danışıb. O, "Varlı oğlan kasıb qız almır" sözlərinə belə cavab verib: "Kasıb qızı istəyən varlı oğlanlar da var. Onlar kasıblıqdan varlılığa ucalanlardır. İşləyirlər, özləri qazanırlar. Bəziləri də var ki, işləyən, maşını olan qadını aşağılayır. Deyir, gedib "Range Rover", "Porsche", "Bentley" sürür, təhqir yazır. Bunlar işləməyən, avaralardır. İnstaqramda oturub, qadınların pulunu sayır. Buna görə də onlarda aqresivlik yaranır".

August 26, 2021

axsamaz

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3714 yeni yoluxma faktı qeydə alınıb, 2470 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Axşam.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 31 nəfər COVID-19-dan dünyasını dəyişib.

August 26, 2021

axsamaz

Xalq artisti Məleykə Əsədova ABŞ-da yaşıyan müğənni Elariz Məmmədoğlu ilə bir araya gəlib. Axşam.az xəbər verir ki, ifaçı birlikdə olan görüntülərini İnstaqram hesabında yayımlayıb. Elariz paylaşımına "Nyu-Yorkda bir gün" qısa şərhini yazıb. Məleykə isə "Gəldim Elarizi Nyu-Yorkdan tapdım" deyə, bildirib. Qeyd edək ki, M.Əsədova qızı Gülərlə birlikdə ABŞ-a istirahətə yollanıb.

August 26, 2021

axsamaz

"Sizə elə gəlmir ki, son vaxtlar həyat çox maraqsız, mənasız və eyni zamanda çox adiləşdi?". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə yazıb. Sənətçi son günlər sosial şəbəkədə paylaşdığı fotoları və yazdığı şərhləri ilə diqqət çəkib. Sənətçi "Artıq insanlar bu həyatdan sağlamlıqdan başqa heç nə istəmir" deyə, sözlərinə davam edib. "Özündən başqasına inanmayan qadın" deyən Xatirə daha sonra insanların etibarsızlığından gileylənib: "İnsanlar dəyişir, bunu günbəgün hiss etmək olur artıq. Bu gözəl dünyanı insan əlləri yaratdı, insan əlləri də məhv etdi. Ana balaya, bala anaya yadlaşır. Hamı bir-birini aldadıb, özünə xeyir güdür. Allahım, özün kömək ol. Dünyamız murdarlanır".

August 26, 2021

axsamaz

Müğənni Sevda Əliqızı müalicə üçün Türkiyəyə yollanıb. Bu haqda sənətçi Axşam.az-a açıqlamasında danışıb. O bildirib ki, uzun müddətdir ayağında olan problemlə əlaqədar qardaş ölkəyə gedib: "İnşallah, hər şey yaxşı olacaq. Ayağımla bağlı gəldim, düzələcək". Qeyd edək ki, S.Əliqızının ayağında podaqra var. Sənətçi bir neçə dəfə əməliyyat olunsa da, problem həll olunmayıb. Sonuncu dəfə Sevda verilişlərdən birinə qatılaraq "Ölürəm, bilmirəm necə edim. Mənə kömək edin, qurban olum. Həyatım məhv olur, daha dözə bilmirəm" sözlərini demişdi.

August 26, 2021

axsamaz

Azərbaycanda bu gün koronavirus (COVID-19) infeksiyasına 3 794 yeni yoluxma faktı qeydə alınıb, 2 216 nəfər müalicə olunaraq sağalıb. Axşam.az xəbər verir ki, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

August 25, 2021

axsamaz

"Mövsümlə - yaydı, qışdı mahnı oxuyan deyiləm. Könlümdən nə keçirsə onu oxuyuram. Baxmıram küçədə yağışdır, yoxsa gün çıxıb. Belə müğənnilərimiz var". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "Özəl" proqramında deyib. "Yarım gözlər məni" mahnısından danışan ifaçı Tacir Şahmalıoğluna söz atıb: "Hacı Nazimin yanına getdim, mahnı istədim. Bu bəstəni seçdim, dedi Tacir Şahmalıoğlu oxuyub. Dedim, nə fərqi var ki... Ondan icazə aldıq. Mən oxuyana qədər Tacir müəllimin yadına düşmürdü. Mən oxuyandan sonra o da ifa etdi".

August 25, 2021

axsamaz

Məşhur türk aktyor Metin Çekmez vəfat edib. Axşam.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən sənətçi bir müddətdir xəstəxanada müalicə alırdı. 76 yaşlı Metin bu gün dünyasını dəyişib. Qeyd edək ki, Metin Çekmez tamaşaçılara "Adını Feriha koydum", "Min bir gecə" seriallarından tanışdır.

August 25, 2021

axsamaz

“İki yaşa qədər bir saniyə belə uşaq ekran vasitəsilə bir şey izləməməlidir. İndi bizdə analarda belə trend var ki, guya bəzi cizgi filmləri uşaqları inkişaf etdirir. İnanın ki, iki yaşına qədər bunlara ehtiyac yoxdur”. Axşam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov valideynlərə müraciəti zamanı deyib. O qeyd edib ki, ana ilə keçirilən vaxt uşaq üçün daha vacibdir: “Ekran qarşısında oturduqca autizm dediyimiz xəstəliyin əlamətləri əmələ gəlir. Uşaq adama cavab vermir, danışığı dayanır, danışıq mərkəzi sönür, ünsiyyət qırılır. Daha öncə gülən, insanlarla danışan uşaq birdən içinə qapanır. Xüsusilə də uşağa yemək yedirən zaman xahiş edirəm ki, ona ekran vasitəsilə bir şey izlətməyin. Çünki bu, praktikada ən çox görünən problemdir”.

August 25, 2021

axsamaz

Prodüser Təranə Səmədovanın başına iş gəlib. Axşam.az-a açıqlama verən prodüser bildirib ki, bank kartından pul oğurlamaq istəyiblər: "Evimdəki pianonu satmaq üçün internetdə səhifələrdən birinə yerləşdirdim. Məryəm adlı bir xanım zəng etdi ki, pul göndərəcəm, sabah pianonu götürərəm. Qazaxıstandan zəng gəldi, özünü Məryəm xanımın köməkçisi kimi təqdim etdi. Dedi ki, kartınızı atın pulu köçürək. Atdım, ad soyad dedim. Başladılar ki, arxadakı kodu deyin. Onda başa düşdüm. Dedim ki, məndən pul oğurlamaq alınmadı, başladı mənə söyüş söyüb "blok" etdi. Sonra mənə mesaj gəldi ki, siz saytdan 50 manat qazanmısınız, əlaqə yaradacağıq. Bir nəfər zəng etdi, kişi qəribə tonda danışır ki, 50 manat qazanmısınız, kart atın köçürək. Bildim ki, eyni adamlardır. Dələduzluqlarını anladığımı görüb, yazdığı mesajı silib məni "blok" etdi".

August 25, 2021

Similar accounts

damla_official

3m followers

@damla_official
sevinc_sevil

2.9m followers

@sevinc_sevil
shafaqnovruz

2.2m followers

@shafaqnovruz
gunay_ibrahimli

1.8m followers

@gunay_ibrahimli
maraqli.tv

1.7m followers

@maraqli.tv
oksana_rasulova

1.6m followers

@oksana_rasulova
vefa_sherifova

1.5m followers

@vefa_sherifova
aygun_kazimova

1.4m followers

@aygun_kazimova
aliyevtarix

1.4m followers

@aliyevtarix
aynikhalid

1.4m followers

@aynikhalid
kamalapiriyeva

1.4m followers

@kamalapiriyeva

Disclaimer

The data provides is not authorized by TikTok. We are not an official partner of TikTok.

Use of materials from the resource is permitted only with a link to our resource.

Copyright © 2024 insiflow.com